Sənin üçün
İlk səni gördüyüm günü “ad günüm” saydım,
Səninlə görüşən gün iməkləyirdim.
Sevdiyimi deyəndə təzəcə dil açırdım,
Sevdiyini biləndə uçmağa çalışırdım.
Elə ki, aylar ötdü, illəri vurduq başa,
Anladım ki, səninlə ömür keçirdim boşa.
Daha mən o, deyildim yalanlarına uyan,
Uşaq kimi hər dəfə sözlərinə inanan.
Yalan üstə qurulan sevdamız belə bitdi,
1 yaş səninlə keçən həyatım sona yetdi.
Son səni gördüyüm gün xəstəliyim başladı,
Ayrılıb gedən zaman əzrayıl canımı aldı.
Məhəbbət
Məhəbbət adlanan bir odlu dərd var,
İnsan həyatına qəm, kədər qatar,
Bir insan könlünü özgəyə versə,
Bu acı dərd onun qəlbində yaşar.
Mən də bu məhəbbət oduna düşdüm,
Tənha həyatımla tamamən küsdüm,
Lakin mən sonradan peşman olaraq,
Ayrılıq deyilən bir yola düşdüm.
Ayrıldım, ayrılıq yolundayam mən,
Məhəbbət yolunun sonundayam mən,
Sevdiyim gözəldən ayrı düşmüşəm,
Dəlilik, məcnunluq yolundayam mən!
Gözlərimə bax
Düşünmə adidir dediyim sözlər,
Sən ürəkdən gələn sözlerimə bax!
Yollara saldığım sevgidən izlər,
Sən bir boynu bükük izlərimə bax!
Ürəyindən keçənləri bilmədim,
Əllərimlə göz yaşını silmədim
Sənsiz yaşamadım, sənsiz gülmədim,
Sən kədər yurduma, gözlərimə bax!
:: بازدید از این مطلب : 934
|
امتیاز مطلب : 10
|
تعداد امتیازدهندگان : 3
|
مجموع امتیاز : 3